Facebook’un vahid messencer platforması iMessage servisinə ciddi rəqib ola bilər

Date:

Paylaş:

Artıq məlumdur ki, Facebook şirkəti Messenger-i, Instagram-ı və Whatsapp-ı vahid bir messencerdə birləşdirmək üzrə çalışır. Slate saytının yeni hesabatında jurnalistlər bu cür qərarın Facebook şirkətini Apple ilə rəqabətin yeni səviyyəsinə necə qaldıracağını aydınlaşdırıblar. Bu barədə Macdigger saytı xəbər verib. Analitiklərin fikrincə Facebook ilə Apple bir-birilərini tamamlayırlar: İnsanlar iPhone smartfonlarını alırlar və həmin smartfonlar vasitəsilə Facebook-dan və Instagram-dan istifadə edirlər. Bununla yanaşı bir çoxları iPhone vasitəsilə ünsiyyət üçün iMessage yerinə Facebook platformasından istifadə edirlər. Bu isə öz növbəsində Android kimi digər platformalara keçidi daha da sadələşdirir.

“Əla interfeysə və mesajların end-to-end şifrələnməsi özəlliyinə sahib olan iMessage messenceri Apple şirkətinin əsas üstünlüyü idi və bu üstünlük hesabına şirkət istifadəçilərin Androiod platformasına keçid etmələrinin qarşısını ala bilirdi. Yüksək tələbata baxmayaraq Apple şirkəti heç zaman iMessage platformasının Android versiyasını hazırlamağı planlaşdırmırdı. Bununla paralel olaraq Google şirkəti Android üçün keyfiyyətli mesajlaşma platforması yaratmağa cəhd edirdi. Lakin Google buna nail ola bilmədi. Buna görə də bir çox Android istifadəçiləri Facebook Messenger və Whatsapp-dan istifadə etmək qərarını verdilər” – deyə şirkət hesabatında qeyd edilib.

Mütəxəssislər qeyd ediblər ki, ABŞ-da iMessage öz istifadəçi kütləsinin sayı baxımından Facebook-u üstələyir. Mark Zuckerberg özü də bir neçə dəfə iMessage platformasını Facebook şirkətinin ən böyük rəqiblərindən biri adlandırmışdı. Bundan əlavə olaraq o qeyd etmişdi ki, Messenger, Instagram və Whatsapp platformalarının bir vahid messencerdə birləşdirilməsinin əsas məqsədi iMessage kimi təhlükəsiz servisin yaradılmasıdır. Müəyyən vaxtdan sonra Facebook-un iMessage platformasını tam əvəz edib-etməyəcəyi məlum olacaq./technote.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...