Əsas səhifə Biznes sahələri Texnologiya “Facebook”un Türkiyə ilə bağlı yeni planı

“Facebook”un Türkiyə ilə bağlı yeni planı

67
Paylaş

Dünyanın ən böyük sosial şəbəkəsi sayılan “Facebook” Türkiyədə 8 yeni ofis açmaq niyyətindədir.

Bizplus.az xəbər verir ki, məqsəd rəqəmsal platformada gənc sahibkarlar tapmaqdır. Bursa Ticarət Birjası rəhbəri “Facebook”un dünyada 7 şəhərdə ofis açmaq qərarına gəldiyini, Türkiyədə TOBB və Habitat iş birliyi üçün mərkəzi İstanbul olmaqla Türkiyənin 8 bölgəsində Facebook ofisləri açılacağını söyləyib.

Qeyd edək ki, ilk ofis Bursada açılacaq. Ticarət Birjasının himayəsi altında Doğanbey məhəlləsinin binasında qurulan ofis yanvarın 13-dən fəaliyyətə başlayacaq.

Ofisin qurulmasında əsas hədəf rəqəmsal sahədə gənc təşəbbüskarlara yeni ideyalarda yardım göstərməkdir. Matlı bildirib ki, bu mövzuda Bursa Universiteti ilə protokol imzalanıb və gənclərin universitet dövründən başlayaraq rəqəmsallaşmaya əsaslanan iş modellərini inkişaf etdirməyə başlayacaqlar.