“Facebook”un ofisində tətbiq edilən yeni davranış qaydalarına görə, işçilərin siyasət və dini mövzuları müzakirə etməsi, edəcə də öz fikirlərini həmsöhbətinə aşılaması qadağan edilib. “Bizplus.az” xəbər verir ki, bu dəyişikliklər şirkətin əməkdaşları arasında əhval ruhiyyənin azalmasının qarşısını almaq üçün edilib. Ötənilki çoxsaylı qalmaqallar nəticəsində «Facebook»a inam təkcə cəmiyyətdə deyil, şirkətin işçiləri arasında da azalıb. Belə ki, işçilər şirkəti getdikcə daha çox tənqid etməyə başlayıblar.
İndiki qaydalar isə iş yerində daha açıq və daha hörmətli münasibətləri təmni etməlidir. «Bizdə 3 yeni prinsip tətbiq ediləcək – təhqir etmə, mənəfi təcavuz etmə və başqalarını kənarda saxlama».
Bu prinsiplər əməkdaşlar arasındakı bütün kommunikasiya vasitələrində – daxili messencerdə, elektron poçtda, çat, poster, maqnit lövhələr və şəxsi danışıqlarda tətbiq ediləcək.
Şirkətin mətbuat xidməti Gntoni Harrison isə bildirib ki, yeni davranış qaydaları senzura deyil və sadəcə işdəki davranışı tənzimləmək məqsədi daşıyır.
CNBC isə xəbər verir ki, şirkətdə artıq uzun müddətdir maraqlı iş mədəniyəti təbliğ olunur. Belə ki, yaxşı işçi işi hər şeydən vaxib saymalı, rəhbərliklə mübahisə etməməli, iş yoldaşlarının hamısı ilə dostluq eləməlidir.
Facebook 2017-ci ildə dünyanın ən yaxşı işəgötürənlərinin siyahısında 1-ci yerdə olduğu halda, 2018-ci ildə 7-ci yerə enib. «The Wall Street Journal»ın məlumatına görə isə, əgər 2017-ci ildə şirkətin işçilərinin 84%-i şirkətin gələcəyinə nikbinliklə baxırdılarsa, bir il sonra bu göstərici 52%-ə düşüb. Bundan başqa, bir il əvvəl «Facebook»un dünyanı daha yaxşı tərəfə dəyişdiyinə şirkətin işçilərinin 72%-i inanırdı, 2018-ci ildə isə bu göstərici 53%-ə düşüb.