“Facebook”un fırıldaqçı “yaradıcısı” Ekvadordan sığınacaq istəyib

Date:

Paylaş:

ABŞ-a ekstradisiya olunmaq təhlükəsi ilə üz-üzə qalan “Facebook”un fırıldaqçılıqda ittham edilən “yaradıcısı” Pol Çelya Ekvadordan sığınacaq istəyib.

Bu barədə onun vəkili Roberto Kalderon məlumat verib.

Qeyd edək ki, P.Çelya 2018-ci ilin avqustunda Ekvadorun ərazisində saxlanılıb, ölkənin milli məhkəməsi onun ABŞ-a ekstradisiyasına razılıq verib.

“Çelya Ekvadordan sığınacaq almaq istəyini bildirib. Artıq Ekvador hökumətinə rəsmi müraciət də edilib. Çelya özünün və yaxınlarının həyatına görə narahatdır”, – R.Kalderon deyib.

Xatırladaq ki, P.Çelya 2010-cu ildə “Facebook” sosial şəbəkəsinin təsisçisini məhkəməyə verib və onlar arasında şirkətin yarısının Çelyaya məxsus olmasına dair razılaşma olduğunu iddia edib. Öz növbəsində şirkətin hüquqşünasları “təsisçisi”nin iddiasının əsaslı olması üçün sübutları saxtalaşdırıb və məhv edib. P.Çelyaya qarşı fırıldaqçılıq maddəsi üzrə federal ittiham irəli sürülüb. 2015-ci ildə məhkəmə gözləyərkən ev dustaqlığında saxlanılan şübhəli qaçmağa qərar verib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...