“Facebook” bütün dünya üzrə olan bölmələrində qadın əməkdaşlarının sayını ikiqat artırmağı planlaşdırır.
Sosial platforma ştatda olan afroamerikalı və latınamerikalıların sayını da ikiqat artırmaq haqqında düşünür. Bu hədəfə isə kompaniya 2024-cü ilə qədər çatmağı planlaşdırır.
“Biz yaxın beş il ərzində özümüzü əməkdaşlarının 50%-i qadın olan şirkət kimi təqdim edəcəyik. Bura afroamerikalılar, latınamerikalılar, yerli amerikalılar, Sakit okeanı adalarında yaşayan insanlar, iki və daha çox etnik qrupun nümayəndəsi, fiziki məhdudiyyətli insanlar və veteranlar daxildir”, – bu haqda gender və etnik müxtəliflik haqqında “Facebook” şirkətinin məruzəsində deyilib.
Qeyd etmək yerinə düşər ki, hazırda şirkətin ümumi əməkdaşlarının yalnız 36,9%-i qadınlar təşkil edir. Şirkətdə çalışan afroamerikalı və latın amerikalıların payı isə müvafiq olaraq 3,8% və 5,2%-dir.