The Wall Street Journal xəbər verir ki, Facebook, amerikan mətbuatına onların xəbərlərinin sosial şəbəkənin yeni bölməsində yerləşdirilməsinə illik lisenziya qarşılığında 3 milyon dollar təklif edib.
Təklifi alanlar sırasında ABC News, The Washington Post, Bloomberg və WSJ — Dow Jones var. KİV-lərdən hansınınsa bu təkliflə razı olub-olmaması barədə məlumat yoxdur.
Facebook-a yaxın mənbələrdən əldə edilən məlumata görə, sosial şəbəkə KİV nümayəndələrindən rəy toplamaq niyyətindədir.
Facebook-un yaradıcısı Mark Zuckeberg-in sözlərinə görə yeni bölmə tez-tez sosial şəbəkələrdən xəbərlər almaq istəyən istifadəçilərə sərf edəcək.
WSJ nümayəndəsi qeyd edib ki, nəşriyyatların bir hissəsi Facebook-un kontenti son maliyyələşdirmə cəhdinə şübhəli baxırlar.