Facebook WhatsApp vasitəsi ilə pul köçürmə əməliyyatlarının həyata keçirilməsi üçün kriptovalyuta yaradacaq

Date:

Paylaş:

Facebook şirkəti, öz kriptovalyutasını inkişaf elətdirməyə başlayıb, Bloomberg qeyd edir. Agentliyin verdiyi məlumata görə, rəqəmsal valyuta ABŞ dollarına bağlı olacaq və əsasən Hindistandakı pul köçürmələri bazarına yönəldiləcək.

Facebook, istifadəçilərə WhatsApp vasitəsi pul köçürmə əməliyyatlarını həyata keçirmələri üçün kriptovalyutanın yaradılması üzərində işləyir, mənbələrə istinadən Bloomberg xəbər verir.

Agentliyin verdiyi məlumata görə, yeni kriptovalyutanın məzənnəsi ABŞ dollarına bağlı olacaq (digər kriptovalyutalardan sabitliyi ilə seçilən rəqəmsal valyutalar stablecoin adlanır), lakin onun yaxın gələcəkdə istifadəyə buraxılmasını gözləməyək, çünki Facebook hələ layihənin detalları üzərində işləyir.

Bloomberg-in müəllifləri bildiriblər ki, Facebook-un pul köçürmələri sistemi, əsasən Hindistana yönələcək. Bu ölkədə Facebook-a məxsus olan WhatsApp-dan 200 milyondan çox insan istifadə edir. Bundan əlavə, Hindistan 2017-ci ildə dünyanın bütün ölkələri ilə müqayisədə, pul köçürmələri üzrə liderlik edən ölkədir. Ümumilikdə Hindistana $69 milyard pul köçürülüb. Bu barədə Dünya Bankının məlumatına istinadən Bloomberg qeyd edir.

Şirkət maliyyə xidmətləri sahəsində yeni bir addım atmaq qərarını alması sürpriz deyil, Bloomberg  göstərir. 2014-cü ildə şirkət PayPal-ın keçmiş prezidenti olan David Marcusu işə götürmüşdür. 2018-ci ilin may ayında Markus Facebook-un blockchain bölməsinə rəhbərlik etməyə başlayıb. Bloomberg-in sözlərinə görə, hazırda bu şöbədə təxminən 40 nəfər işləyir.

“Facebook digər şirkətlər kimi, blockchain texnologiyasından istifadə etmək yollarını araşdırır. Bu kiçik komanda bir-birindən fərqli proqramları araşdırmaqdadır”, hər hansı layihələr haqqında danışmaqdan imtina edən Facebook sözçüsü bildirib.

 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...