Əsas səhifə Biznes sahələri Texnologiya “Facebook” və “Google” məxfiliyi pozduğu iddia edilir

“Facebook” və “Google” məxfiliyi pozduğu iddia edilir

74
Paylaş

“Amnesty International”ın baş katibi Kumi Naydu “Facebook” və “Google”la bağlı hesabat hazırlayıb.

“TheVerge”nin məlumatına görə, yeni hesabatda texnologiya nəhənglərinin iş modelinin insan haqlarına zidd olduğu bildirilir.

Hesabat böyük texniki şirkətlərin nəzarəti fonunda hazırlanıb.

Hesabatda deyilir ki, “Facebook” və “Google” dünyada milyardlarla insana daim nəzarət etməklə, onların hüquqlarını və söz azadlıqlarını pozur.

Buna görə də hər iki şirkət biznes üsullarını dəyişməlidir.

İnternet bütün dünyada insanların həyatlarının ayrılmaz hissəsidir.

“Böyük beşliy”ə daxil olan texniki şirkətlər – “Apple”, “Amazon”, “Google”, “Microsoft” və “Facebook” faktiki olaraq bütün onlayn xidmətlərdə hakimdir.

“Facebook” və “Google” isə onların ən güclüsu olduğundan daha təhlükəli hesab olunurlar.