Əsas səhifə Xəbərlər Digər xəbərlər “Facebook” süni zəkaya insanların zahiri görünüşünü dəyişməyi öyrədib

“Facebook” süni zəkaya insanların zahiri görünüşünü dəyişməyi öyrədib

54

Facebook süni zəkaya insanların videodan tanınmasını gizlətməyi öyrədib. Bunun üçün insanların siması hiss olunmaz dərəcədə dəyişdirilir. Şirkət həmçinin, neyroşəbəkəni insanların jestlərini tanımağı və insanları daha yaxşı geyinmək üçün onlara məsləhət verməyi öyrətməyə çalışır.

Facebook tərəfindən hazırlanmış neyroşəbəkənin xüsusi filtrləri alın, göz və dodaqların görünüşünü bir qədər dəyişir və bununla da alqoritm şəkili artıq bazada olanla eyniləşdirə bilmir. Beləcə insanlar da onları tanıya bilmirlər.

Bu, mahiyyətcə fırıldaqçılar tərəfindən istifadə edilən deepfake-texnologiyalarının təkmilləşmiş versiyasıdır. Amma Facebook özünün bu tərtibatını “humanitar” adlandırıb: insanlar öz şəxsi yazılarını və şəkillərini sosial şəbəkəyə yükləyirlər, amma alqoritmlərin onları tapmasını istəmirlər.

Qeyd edək ki,  Facebook həmçinin, insanların danışığını tamamlayan jestləri də tanımağı süni zəkaya öyrətməyə çalışır. O, 50 saatlıq video çəkib, orada insanlar danışırlar və bu proses onlar tərəfindən müxtəlif hərəkətlərlə müşayiət olunur. Jestlər tanınıb kataloqa salındıqdan sonra şirkət onları virtual reallıqda tam ünsiyyətin modelləşdirilməsi üçün istifadə etmək fikrindədir.

Facebook həm də süni zəkanın insalara daha da tərzli geyinmələrində kömək etməsini istəyir. Bunun üçün şirkət Fashion++ sistemini işləyir. Bu sistem dəbli geyimlər haqqında məlumatlar və bir sıra subyektiv parametrlər əsasında insanlara öz geyim tərzlərini necə yaxşıya doğru dəyişməklə bağlı məsləhətlər verir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here