Facebook şirkəti məşhur Ray-Ban brendi ilə birlikdə smart eynək üzərində çalışır

Date:

Paylaş:

Facebook şirkəti özünün smart eynəyini yaratmaq üçün İtaliyanın Luxottica adlı şirkətini cəlb edib. Bu şirkət isə öz növbəsində Ray-Ban brendinin sahibidir və Google Glass smart eynəyinin yaradılmasında iştirak edib. Bu barədə CNBC saytı xəbər verib. Məlumata əsasən hər iki şirkət smart eynək üzərinə işləri bitirməyi və onu 2023-2025-ci illər arası təqdim etməyi planlaşdırır. Lakin smart eynəyin vaxtında hazırlanması üzrə heç bir zəmanət yoxdur.

    Məlumatda həmçinin qeyd olunub ki, sözügedən layihənin şirkət daxilində kod adı Orion-dur. CNBC-nin sözlərinə əsasən Facebook Reality Labs-ın əməkdaşları artıq neçə ildir ki, artırılmış reallıq eynəyinin yaradılması üzərində çalışırlar. Lakin bu yolda onlar bir sıra problemlər ilə qarşılaşıblar. Onlardan biri də eynəyi kompakt hala gətirməkdir. Güman olunur ki, bu smart eynək smartfonu əvəz edə biləcək. Belə ki, həmin smart eynək gələn zəngləri qəbul edə, kiçik eynək ekranında lazımi məlumatları əks etdirə və sosial şəbəkələrdə canlı yayımı reallaşdıra biləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...