“Facebook” şirkəti İsveçrədə maliyyə və texnoloji xidmətlər təşkilatı açıb

Date:

Paylaş:

ABŞ-ın “Facebook” şirkəti İsveçrədə maliyyə və texnoloji xidmətlərin göstərilməsində ixtisaslaşacaq törəmə təşkilat təsis edib. Bu barədə “Reuters” agentliyi Cenevrə kommersiya təşkilatları reyestrinə istinadən məlumat verib.

Təsisçisi qismində “Facebook Global Holdings”in çıxış etdiyi “Libra Networks” şirkəti mayın əvvəlində Cenevrədə qeydiyyatdan keçib. Yeni “Facebook” törəmə şirkəti elektron ödəniş sistemləri, blokçeyn texnologiyaları, eləcə də məlumat analizi və aparat və proqram təminatının hazırlanması ilə məşğul olacaq.

Ayın əvvəlində “The Wall Street Journal” nəşri sahə üzrə mənbələrə istinadən məlumat verib ki, “Facebook” şirkəti elektron ödəniş sisteminin yaradılması və onun eyniadlı sosial şəbəkəyə tətbiqi üzərində çalışır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...