Əsas səhifə Xəbərlər Digər xəbərlər “Facebook” saxta videolarla mübarizə tədbirlərini sərtləşdirib

“Facebook” saxta videolarla mübarizə tədbirlərini sərtləşdirib

49
Paylaş

“Facebook” sosisl şəbəkəsi şəxsin əslində demədiyi bir şeyin guya deyibmiş kimi redaktə olunduğu videoyazıların yerləşdirildiyi postları siləcək.

Belə “fake” videolarda məqsəd ictimai baxışların manipulyasiyası və təhrifdir (yanıltmaq).

Facebook Inc.-in vitse-prezidenti Monika Bikert məsələ ilə bağlı bildirib ki, bu kimi videolar hələ ki, internetdə geniş vüsət almasa da cəmiyyət və onlar üçün çox böyük təhlükə yaradır.

Onun sözlərinə görə sərtləşdirilən ölçülər çərçivəsində əsasən, istifadəçiyə məlum olmayan yollarla  onun videosunda demədiyi nəyinsə deyilibmiş təəssüratı ilə redaktə olunduğu real videolar silinəcək.

Amma bundan başqa, “deepfakes” adlanan videolar da silinəcək. Belə videolar neyroşəbəkələrin və süni zəka texnologiyasının tətbiqi iə yaradılır və onların da sayəsində bir şəxsin üzünü digər birininki ilə elə dəyişdirilir ki, bu, demək olar ki, hiss edilmir.

Bununla belə, kiminsə manipulyasiyasını nəzərdə tutmayan satirik və ya parodiyaların əks olunduğu videolar silinməyəcək. Birmənalı olaraq lazımsız sözləri çıxarmaq və ya sözlərin nizamını dəyişmək üçün redaktə olunan videolar da qalacaq.