Facebook özünün səsli köməkçisini yaradır

Date:

Paylaş:

    CNBC saytının mənbələri Facebook şirkətinin AlexaSiri və Google Assistant kimi səsli köməkçilər ilə rəqabət aparmaq planlarından danışıblar. Bu barədə Vc.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Facebook şirkətinin özünün səsli köməkçisi üzərində çalışması barəsində məlumat hələ 2017-ci ildə yayılmışdı.

    Ortaya çıxmış yeni məlumata əsasən Facebook şirkətinin səsli köməkçisi üzərində şirkətin uzunmüddətli texniki layihələri və cihazları ilə məşğul olan şöbə 2018-ci ildən bəri çalışır. Həmin şöbə həmçinin Oculu VReynəkləri ilə də məşğul olur. Şikrətin bu layihəsinə AR/VR ilə Facebook Assistant şöbələrinin rəhbəri Ira Snyderrəhbərlik edir.

    Facebook şirkəti özünün səsli köməkçisini öz istehsalı olan Portal adlı smart ekranlarında, Oculus VR eynəklərində və ya gələcəkdə olacaq digər layihələrində istifadə edə bilər. Qeyd etmək lazımdır ki, şirkət hələ 2015-ci ildə Facebook Messenger üçün süni zəka texnologiyası əsasında çalışmış M adlı virtual köməkçini istifadəyə vermişdi. Lakin 2018-ci ilin yanvar ayında şirkət həmin layihəni bağlamışdı

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...