Xidmət 2015-ci ildən işləyirdi, lakin Rusiyada yox idi.
Facebook sosial şəbəkəsi 2019 – cu ilin 15 iyunundan pul köçürmələri funksiyasını donduracaq. “The Next Web”-in social media üzrə keçmiş direktoru Мэтт Наварра öz Twitter səhifəsində bildirib ki, şirkət bu barədə xidmətin istifadəçilərinə bildiriş göndərib.
Məktubda Facebook istifadəçilərinə bildirib ki. Bu həmin vaxtdan etibarən onlar dostlarına və ailə üzvlərinə pul göndərə və onlardan onu qəbul edə bilməyəcəklər. Lakin istifadəçilər Facebook vasitəsilə başqa göndərişlər, məsələn, xeyriyyə təşkilatlarına bəxşişlər edə bilərlər.
Facebook-un bu xidməti ləğv etməsini The “İnquirer” nəşri də yazır. Facebook nümayəndələri xidmətin bağlanması səbəbini bildirmirlər.
Facebook Messeger-də istifadəçilər arasında bu xidmətin həyata keçirilməsinə 2015-ci ildə başlayıb. Əvvəlcə o ABŞ sakinləri üçün işləyirdi, 2017-ci ildən isə bu xidmətdən Böyük Britaniya və Fransa istifadəçiləri də yararlanıblar.
Pul göndərmək üçün yazıya başlamaq, dollar işarəsi olan şəklin üzərinə basmaq, daha sonra “Ödəmək” düyməsini basmaq və bank kartı məlumatlarını yerləşdirmək lazımdır. Pulu götürmək üçün çatı açmaq və kartın məlumatlarını daxil etmək kifayətdir. Funksiya istifadəçilər üçün pulsuzdur. Göndərmə bir iş günündən üç iş gününə kimi olur.