Əsas səhifə Xəbərlər Digər xəbərlər Facebook öz internet-peykini yaratmaq niyyətindədir

Facebook öz internet-peykini yaratmaq niyyətindədir

8
Paylaş

Gecikmələrə baxmayaraq, Facebook hələ də peyklər istehsalı planı üzərində aktiv şəkildə çalışır. FCC-yə təqdim olunan sənədlər Athena peykinin artıq 2020-ci ilin martında buraxılacağına işarədir.

Facebook-un bu təşəbbüsü dünya üzrə internetin zəif olduğu yerlərdə bu rabitəni təmin etmək məqsədi daşıyır. Bu, xidmətləri üçün ümumi potensial bazarı genişləndirmək və onun gələcək inkişafına təkan vermək, həmçinin gəlirləri atırmaq missiyasının yarısıdır.

Facebook ətrafında yaranan çoxsaylı münaqişələrə baxmayaraq, Zuckerberg-in kosmik ambisiyaları dəyişməz olaraq qalır. Bu peyk uğurlu alınacağı halda SpaceX və ya OneWeb kimi analoji layihələrə rəqib ola bilər.

Qeyd edək ki, Facebook-un peyk internetinin istehsalı planı bir neçə dəfə müxtəlif səbəblərdən təxirə salınıb.

Şirkət “Athena” adlı aşağı orbitli peyklər üzərində də çaılşır. Bu peyklərin millimetr diapazonunda dalğalardan istifadə edəcəyi güman edilir.

Athena layihəsi Facebook-la əlaqəli  PointView Tech LLC şirkəti tərəfindən irəli sürülüb.

Peykin buraxılışı 2019-cu ilin əvvəlinə nəzərdə tutulsa da, güman edilir ki, peykin kosmosa çatdırılması üçün nəzərdə tutulmuş Vega raketinə görə buraxılış gecikir və baş tutmur.

Peykin dəqiq buaxılma tarixi məlum deyil, amma onun SSMS proqramı çərçivəsində martda baş tutacağı gözlənilir.