“Facebook” onlayn-yayımlama qaydasını dəyişir

Date:

Paylaş:

“Facebook” sosial şəbəkəsi Yeni Zellandiyada dəhşətli terrordan sonra canlı bağlantı xidmətlərinin zərər yetirməməsi və nifrət oyatmaması üçün, onun qaydasını dəyişib.

Bundan sonra qaydaları, həmçinin təhlükəli təşkilatlar və fərdlərlə əlaqəli siyasəti pozanlara “Facebook Live”-dən istifadədə məhdudiyyətlər qoyulacaq.

Bundan başqa, sosial şəbəkə, insanların videoları,aşkar edilməmələri üçün dəyişdirmələri və sonradan yenidən yazmaları kimi halların qarşısını almaq üçün araşdırma aparmağı planlaşdırıb.

Şirkət şəkil və video analizi texnologiyasının həyata keçirilməsi üzrə araşdırmaya 7,5 milyon dollar yatırım edir.

Şirkət, sosial şəbəkə qaydalarının pozulması ilə əlaqəli məzmunu əvvəllər silmişdi. Əgər məzmun üzrə qaydaların pozulması davam etmiş olsaydı, “Facebook”-hesablar bir müddətlik blok olunurdu. İndi isə qaydalar məhz canlı yayımlara görə sərtləşdiriləcək. Facebook-un “ciddi qaydaları”nı pozanlara “Live”-dən istifadədə məsələn,ilk pozuntudan başlayaraq 30 günlük məhdudiyyət qoyulacaq. Məsələn, terrorist qrup haqqında məzmunsuz bildiriş linki paylaşanlar dərhal müəəyən müddətlik “Live”-dən istifadə istifadə edə bilməmək üçün blok ediləcəklər.

Şirkət bildirib: “ Biz yaxın həftələrdə digər sahələrdə də bu məhdudiyyətləri tətbiq etməyi planlaşdırırıq və buna, elə həmin insanların “Facebook”-da elan vermələrinə xəbərdarlıq etməkdən başlayacağıq”.

Şirkət qeyd edib: ”Biz xidmətlərimizə məhdudiyyətsiz girişə üstünlük verən insanlarla  “Facebook”-da insanların təhlükəsizliyi üçün vacib olan məhdudiyyətlər arasındakı gərginliyi etiraf edirik. Məqsədimiz “Live”də sui-istifadə riskinin azaldılmasıdır, belə ki, bu hal insanlara müsbət şəkildə canlı axınlardan istifadə etməyə imkan verir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...