“Facebook” onlayn ödəmə xidmətini işə salır – “Instagram” və “WhatsApp”da da mümkündür

Date:

Paylaş:

“Facebook” şirkəti “Messenger”, “WhatsApp” və “Instagram” tətbiqlərinə ödəmə üçün istifadə edilə bilən özünə məxsus “Facebook Pay” elektron ödəmə xidmətini təqdim edir. Bu barədə şirkətin bloqunda deyilir.

Qeyd edək ki, ödəniş məlumatlarını hər dəfə yenidən daxil etməyə ehtiyac olmayacaq, xidmət bütün məlumatları özündə saxlayır. Bundan əlavə, şirkət ödəmə xidməti vasitəsilə alış-veriş edənlər üçün “chat” yaradıb. Onu aktivləşdirmək üçün tətbiqin səhifəsində və ya saytda “Facebook Pay” funksiyasını tapıb aktivləşdirmək  lazımdır.

“Facebook Pay” kredit və debet kartlarının əksəriyyətini, habelə “PayPal” hesabını da dəstəkləyir, yeni xidmət “mövcud maliyyə infrastrukturu və tərəfdaşlıq münasibətləri” əsasında qurulub və “Libra Assosiation” layihəsi ilə kəsişmir.

Şirkətin verdiyi məlumata görə, yeni xidmət bu həftə ABŞ-da fəaliyyətə başlayacaqdır. Bu ödəmə sistemi vasitəsilə istifadəçilər ianələr köçürə, oyun tətbiqlərində alış-veriş edə və müxtəlif tədbirlərə bilet ala biləcəklər.

“Facebook” qeyd edir ki, gələcəkdə elektron ödəmə sistemi təkcə “Messenger”  deyil, “Instagram” və “WhatsApp” da vasitəsilə də istifadə etmək mümkün olacaqdır.

İstifadəçilərin təhlükəsizliyini təmin etmək üçün şirkət biometrik məlumatları daxil etməyi təklif edir (məsələn, barmaq izi). Qeyd edildiyi kimi, məxfi məlumatlar serverlərdə saxlanılmır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...