“Facebook Messenger” proqramının bir neçə ölkələrdən olan istifadəçiləri xidmətin işində problem yaranıb.
Buna məşhur internet resurslarının nasazlıqlarına nəzarət edən “Downdetector” saytı məlumat yayıb.
Portalın məlumatına görə, daha çox şikayət məktub almaq (45%) və qoşulma (31%) ilə bağlı daxil olub. Həmçinin avtorizasiya ilə bağlı da (23%) problemlər yaranıb.
Daha çox ABŞ və Böyük Britaniyadan olan istifadəçilər proqramın işindən şikayət ediblər.