Məzmun hüquqlarının pozulması və icazəsiz yüklənən videolara sözün əsl mənasında müharibə elan edən Facebook, ABŞ mərkəzli məzmun hüquqları startupı Source3′-ü satın aldı. Reallaşan satın alma Source3’ün rəsmi saytında bildirildi. Razılaşmanın hansı qiymətə əldə edildiyi barədə heç bir məlumat verilməyib.
Source3-ün yalnız texnologiyasını deyil həm də işçilərini satın alan facebook bundan sonra icazəsiz şəkildə yüklənən videoları daha ciddi şəkildə təqib edə biləcək.