Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Facebook” Londonda yeni mühəndislik mərkəzi açır

“Facebook” Londonda yeni mühəndislik mərkəzi açır

112
Paylaş
Facebook
Facebook

Dünya üzrə ən iri sosial şəbəkə olan “Facebook” Londonda mühəndislik mərkəzi açır. O, saytı zərərli kontentdən qoruyan texniki alətlər yaradacaq.

Bu barədə sosial şəbəkə rəhbərliyi, 12 iyun çərşənbə günü məlumat verib.

Şirkətdə bildiriblər ki, 2019-cu ilin sonunda yeni mərkəzdə 500-dən çox təzə iş yeri açılacaq, həmçinin süni intellekt sahəsində aparılan işlərlə əlaqədar yüz iş yeri də təsis ediləcək.

Yeni əməkdaşların böyük bir hissəsi kollektiv “birliyin” təmin olunması bölməsində işləyəcəklər və bir çox, şəxsi təhlükəsizlik, spam və müdaxilə kimi problemlərin həll edilməsi ilə məşğul olacaqlar.

Yeni bölmənin vəzifələrindən biri də qabaqcıl proqram təminatının və  saxta hesablarla zərərli kontentin aşkar edilib aradan qaldırılması üçün süni intellekt sisteminin yaradılması olacaq.