Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Facebook” LOL-dan imtina etdi

“Facebook” LOL-dan imtina etdi

25

“Facebook” şirkəti yeniyetmələr üçün nəzərdə tutulmuş və özündə internet memləri ilə videoları birləşdirən LOL adlı sosial şəbəkənin istifadəyə verilməsi ideyasından imtina edib.

Bu barədə Recode saytı xəbər verib. Məlumatda bildirilib ki, bu sosial şəbəkə üzərində çalışan yüzdən çox əməkdaş şirkətin digər layihələrinə yönləndiriləcək. Onlardan bir hissəsi “Messenger Kids” tətbiqi üzərində çalışacaq.

Qeyd edək ki, bu tətbiq 13 yaşından aşağı şəxslərin öz aralarında ünsiyyət qurmaları üçün nəzərdə tutulub. LOL adlı sosial şəbəkənin beta test dövründə onun 100-ə yaxın istifadəçisi olub.

Son illərdə “Facebook” şirkəti öz yeniyetmə istifadəçilərini itirməkdədir. Cavan istifadəçi kütləsini əldə saxlamaq üçün 2016-cı ildə çoxlu sayda əməkdaşdan ibarət xüsusi qrup yaradıb. Həmin qrupun əsas məqsədi isə yeniyetmə istifadəçi kütləsi üçün müxtəlif məhsulların hazırlanmasıdır.

©Yenicag.az

Rəy bildir

Please enter your comment!
Please enter your name here