Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri “Facebook” kriptovalyutasına vəsait qoyanların sayı artır

“Facebook” kriptovalyutasına vəsait qoyanların sayı artır

98
Facebook
Facebook

İri dünya şirkətləri “Facebook”-iun işlədiyi kriptovalyutanı dəstəkləyiblər. Onlar onu idarə edəcək konsorsiuma 10 milyon dollar yatırım etmək niyyətindədirlər.

Mənbələrə istinadən, The Wall Street Journal xəbər verir ki, Libra adlı yeni “Facebook” kriptovalyutasına  12 şirkət sərmayə qoyur. Onların arasında “Visa”, “Uber”, “Mastercard”, “PayPal” və digərləri var. Hər biri kriptovalyutaya nəzarət üzrə konsorsiuma 10 milyon dollar yatırım edir.

Nəşrin məlumatına görə, layihədə həmçinin “Stripe”, “Booking.com” , “MercadoLibre” də iştirak ediblər. Lakin kosorsiumdakı rollarının nədən ibarət olduğunu qeyd etməyiblər.

“Facebook” 2018-ci ilin mayında öz kriptovalyutasını yaratmaq planını bildirib. Mark Zuckerberg-in şirkəti onu 2020-ci ildə, ABŞ da daxil olmaqla on ölkədə buraxmağı nəzərə alıb. Rusiya bura daxil deyil.

İyunun əvvəllərində məlum olub ki, “Facebook” ABŞ-ın məhsul fyuçersləri ( “gələcəyin müqaviləsi”) ticarəti üzrə komissiyası ilə kriptovalyutanın amerikan ərazisində ölkənin qanunvericiliyinə uyğun olaraq buraxılmasının  texniki imkanlarını müzakirə edir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here