Əsas səhifə Biznes sahələri Texnologiya “Facebook” kompüterin düşüncə gücü ilə idarə olunması startapını alır

“Facebook” kompüterin düşüncə gücü ilə idarə olunması startapını alır

135
Paylaş
Facebook Messenger
Facebook Messenger

Müqavilənin dəyəri 500 milyon dollardan 1 milyard dollar arasında dəyişir.

CTRL-Labs-ın inkişaf elətdirdiyi cihazlardan biri də ağıllı qolbaqdır. Bu qolbaq vasitəsilə istifadəçi kompüterdə klaviaturadan istifadə etmədən mətn yığa bilər. Cihaz insanın beynindən əllərə göndərdiyi siqnalları oxuyur və hər hansısa mətn yazmaq üçün barmaqları masaya vurmaq kifayət edir.

Bloomberg-in verdiyi məlumata görə, bu cür texnologiyalar genişlənmiş reallıq eynəklərinə əlavə oluna bilər. Onların köməyi ilə istifadəçi düymələr və klaviaturadan istifadə etməyə bilər.

Xatırladaq ki, “Facebook” artıq bir ildən çoxdur ki, genişlənən reallıq texnologiyaların inkişafında yaxından iştirak edir. Hələ 2017-ci ildə sosial şəbəkə beyində olan siqnalları izləyərək ekranda onları mətn şəklində təsvir edə biləcək yeni interfeys üzərində çalışdığını bildirmişdir.

Qeyd edək ki, CTRL-Labs dünyanın qabaqcıl şirkətlərindən biridir. Ümumilikdə şirkətə 67 milyon dollar yatırım edilib. İnvestorlar arasında “Crunchbase Spark Capital”, “Google” və “Amazon” məxsus olan fondun adını çəkmək olar.