“Facebook” İtaliya şirkətinə kompensasiya ödəyəcək

Date:

Paylaş:

Milan məhkəməsi İtaliyanın proqram təminatı üzrə istehsalçı şirkəti olan “Business Competence”nin tətbiqlərindən birini kopyaladığı üçün “Facebook”un 350 min avro məbləğində kompensasiya ödəməsi barədə qərar çıxardıb.

Söhbət italyan şirkətinin istifadəçilərə yaşadığı ərazilərdə onları maraqlandıra biləcək barlar və restoranları tapmaqda kömək edəcək proqram – “Faround”un tətbiqindən gedir. Belə ki, “Facebook” istifadəçilərə “Faround”a oxşar “Nearby Places” tətbiqini yükləməyi təklif etdiyinə görə bu qərar çıxarılıb.

Məhkəmə italyan şirkətinin “Nearby Places” tətbiqinin “Faround” yükləməsi ilə “konsepsiya və format” baxımından eyni olduğu iddiasını təsdiqləyib. “Facebook” yüksək dəyəri olan məhsul yaratmaq məqsədilə digər şəxslər tərəfindən qoyulan sərmayələrin mənimsəməsində ittiham olunub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...