“Facebook” şirkəti İranla bağlı bir neçə yüz hesab və qrupu silib.
“Bizplus.az” xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
“Bu gün biz “Facebook” və “Instagram”da yalnış fikir formalaşdıran, əlaqələndirilmiş fəaliyyətə cəlb olunan bir çox səhifə, qrup və əkkauntu sildik”, – deyə bəyanatda bildirilir.
Eləcə də bax: Mobil cihazların qeydiyyat rüsumu belə bölüşdürüləcək – QAYDA
Bəyanatda profillərin İranla bağlı olduğu və söhbətin hər sosial şəbəkədə silinmiş 780-dən çox səhifə, qrup və hesabdan getdiyi qeyd olunur.
Bundan əvvəl də “Facebook” şirkəti İrandan qaynaqlanan 80-dən çox səhifəni silib.