Əsas səhifə Biznes sahələri Texnologiya “Facebook” “İnstagram” istifadəçiləri üçün Threads messencerini hazırlayıb

“Facebook” “İnstagram” istifadəçiləri üçün Threads messencerini hazırlayıb

156
Paylaş
instagram
instagram

Facebook  Threads messencerini sınaqdan keçirib. O, İnstagramda “ən yaxşı dostlar” siyahısı kontentinin mübadiləsi üçün nəzərdə tutulub. Bu barədə şirkətin mənbələrinə istinadən  The Verge yazır.

Threads-ın köməyi ilə istifadəçilər seçilmiş dostlarla öz geopozisiyalarını, hərəkət sürətini, cihazda enerji dərəcəsini, həmçinin İnstagramda redaktə alətləri vasitəsilə emal olunmuş mətn, şəkil və videoları avtomatik olaraq bölüşə bilirlər.

Qəzetdə deyilir ki, Threads Snapchat-la rəqabət apara bilər. The Daily Beast məlumat verib ki, istifadəçilər orada daha çox vaxt keçirirlər nəinki İnstagramda.

İnstagram The Verge-nin məlumatına rəy bildirməkdən imtina edib. Threads-ın nə vaxt istifadəyə veriləcəyi bildirilmir.