Əsas səhifə Biznes Facebook ilin ikinci rübündə 3.89 milyard dollar xalis mənfəət əldə edib

Facebook ilin ikinci rübündə 3.89 milyard dollar xalis mənfəət əldə edib

616
Paylaş

“Facebook” şirkəti bu ilin ikinci rübünə aid maliyyə rəqəmlərini açıqlayıb.

İKT.lent.az-ın xəbərinə görə, açıqlanan rəqəmlərə əsasən 2-ci rübdə şirkətin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 70% artaraq 3,89 milyard dollara çatıb. 2016-cı ilin aprel-iyun aylarında mənfəət 2,29 milyard dollar olmuşdu. “Facebook”un hər səhminin qiyməti isə 0,78 dollardan 1,32 dollara yüksəlib.

Ötən ilin 2-ci rübündə 6,44 milyard dollar gəlir əldə edən “Facebook”un gəlirləri bu ilin eyni dövründə 45% artaraq 9,32 milyarda çatıb. Reklam gəliri 47% artaraq 9,16 milyard dollar təşkil edib.

“Facebook”un gündəlik və aylıq istifadəçilərinin sayında da artım var. Belə ki, hazırda sosial şəbəkədə gündəlik aktiv istifadəçilərin sayı 1,32 milyard nəfərdir. Ötən ilin eyni dövrünə nisbətən 17% artım qeydə alınıb. 30 iyun 2017-ci il etibarilə ayıq aktiv istifadəçilərin sayı isə 2,01 milyarda çatıb.