Əsas səhifə Biznes sahələri Texnologiya “Facebook” hamını üzdən tanıyacaq

“Facebook” hamını üzdən tanıyacaq

13
Paylaş

Facebook sosial şəbəkəsinə üz tanıma texnologiyası gəlib.

Bizplus.az xəbər verir ki, Facebook istifadəçilərə üz tanıma texnologiyasının istifadəsi barədə sorğu göndərib.

Sözügedən sorğu texnologiyanın istifadə qaydasını göstərir və istifadəçilərin yeni texnologiyanı qoşmaq istəyib-istəmədiklərini öyrənmək xarakterini daşıyır.

“Üz tanıma texnologiyası fotoşəklinizi və ya videonunuzu təhlil etməyə, görünüşünüzün təkrarsız rəqəmli kodunu (“şablon”) hesablamağa imkan verir. Üz tanıma funksiyasını aktivləşdirsəniz, biz sizin üçün yeni şablonu yaradacağıq. Şablonunuzu heç kimə təqdim etmirik. Hesabınız aktiv olduqda onu saxlayacağıq. Üz tanıma rejimini söndürsəniz şablonu siləcəyik. Beləliklə kənar insanlar sizinlə şəkil paylaşdıqda və yaxud şəklinizdən özününkü imiş kimi istifadə etdikdə sistem üz cizgilərinizi tanıyacaq və sizə bu barədə məlumat göndərəcək”, deyə, sorğuda qeyd olunub.