Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Facebook ev dekorunu müəyyən edən GrokStyle proqram təminatını alıb

Facebook ev dekorunu müəyyən edən GrokStyle proqram təminatını alıb

159

Facebook, mebel təsvirlərini tanıyan və onları ala biləcəyiniz onlayn mağazaları müəyyənləşdirən GrokStyle proqram təminatını əldə edib. Müqavilənin şərtləri açıqlanmır.

GrokStyle kompüter görmə və süni intellekt texnologiyalarından istifadə edir. Onların köməyi ilə bu proqram fotoşəkildə təsvir edilən mebel əşyasını müəyyən edir və müxtəlif onlayn mağazalardakı mebellərlə müqayisə edir. Daha sonra GrokStyle, sizə bu mebeli ala biləcəyiniz onlayn mağazaların siyahısını təqdim edir.

Bu proqram təminatı 2015-ci ildə Kavita Bala və Sean Bell tərəfindən təsis edilmişdir. Onlar SIGGRAPH konfransında GrokStyle texnologiyasının əsaslarını təqdim edərək, 225 min dollar cuvarında qrant alıblar. İki il ərzində təsisçilər, Milli Elm Fondundan 2 milyon dollar cəlb edə bilmişlər.

Hal-hazırda, layihə bağlanıb, bu haqda GrokStyle öz saytında dərc etdiyi məktubda məlumat verir. Buna baxmayaraq, komanda və texnologiya öz fəaliyyətini davam etdirəcək.

Rəy bildir

Please enter your comment!
Please enter your name here