Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Facebook”-da reklam Amerikanın “Unicorn” şirkətini iflasa uğradıb

“Facebook”-da reklam Amerikanın “Unicorn” şirkətini iflasa uğradıb

56
Paylaş

Elektroskuter istehsalçısı “Unicorn” Facebook-dakı reklama xərclədiyi pullardan sonra bağlanır. Belə ki, öncədən sifariş həyata keçirən müştərilərə şirkətin qurucusu tərəfindən elektron məktub göndərilib. Məktubda bildirilib ki, o çox təəssüflənir və onlara ödənişi qismən geri qaytarmaq üçün “Unicorn” aktivlərini satmağa çalışır.

Startapın uğursuzluq səbəbi, qeqyd edildiyi kimi “Facebook” və “Google”-da reklama gedən xərclər, kreditlər üzrə ödənişlər və digər xərclərin şirkətin vəsaitləri hesabına onun rəhbərinin gözlədiyindən də sürətlə olmasından qaynaqlanıb. “Gəlirin böyük bir hissəsi saytda trafik cəlb edilməsi üçün “Facebook”-dakı reklamın xərcinə gedib. Təəssüf ki, reklamların qiyməti dayanıqlı biznes qurmaq üçün çox yüksək olub”, – elektron poçtda bildirilir.

Qeyd edək ki, dörd həftə bundan qabaq şirkət öz veb-saytında paylaşım edərək xəbər verib ki, 15 dekabrda elektrik motosiklləri göndərəcək. Bununla, şirkət söz verib ki, müştərilər öz sifarişlərini Yeni il və Xanuka bayramlarında əldə edə biləcəklər.