Facebook da paylaşımlara gələn bəyənmələrdən imtina etməyə hazırlaşır

Date:

Paylaş:

Şirkətdə bildiriblər ki, bəyənmələri bağlayan funksiyanın işə salınması müzakirə edilir. İzləyicilərin reaksiyasını yalnız səhifənin sahibi görə biləcək. Bu, istifadəçilərə özünü başqaları ilə daha az müqayisə etməyə və psixoloji təzyiqi azaltmağa kömək edəcək.

TechCrunch xəbər verir ki, Facebook bəyənmələr sayğacından imtina etmyi planlaşdırdığını təsdiqləyib. Bundan qabaq proqramçı mütəxəssis Jane Manchun Wong bildirmişdi ki, sosial şəbəkə Android-tətbiqdə bəyənmələri gizlədən funksiya hazırlayıb.

Funksiya rəsmən təqdim olunmayıb, Jane onu tətbiqin kodunu öyrənəndə aşkar edib. Onun fikrincə, bəyənmə və reaksiyalar sayğacı yalnız postun müəllifinə açıq olacaq. Bununla belə, bəyənən və ya  rəy yazan istifadəçilərin siyahısı qalacaq, lakin həmin insanların sayı göstərilməyəcək.

Belə funksiyalar sosial şəbəkələrdən qazanan blogerlər üçün vacib olan auditoriyanın sayını azaldır. Lakin Facebook-a görə, bəyənmələri gizlətmək qərarı adi istifadəçilərin psixoloji sağlamlığına müsbət təsir göstərir.

Facebookdan qabaq, iyul ayında İnstagram da Kanada, Avstraliya, Yaponiya və digər ölkələrdə eyni fnksiyanı sınaqdan keçirib. Bu, “istifadəçilər üzərinə təzyiqi azaltmaq” üçün edilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...