“Facebook”, şəbəkə daxilində “Facebook News” xəbər bölməsi açıb. O, The Wall Street Journal, Forbes, Business Insider, Fox News, Bloomberg və digər nəşrlərin xəbərlərini əhatə edir. Sosial şəbəkə, məzmunları alqoritmlər və redaktorlar qrupunun köməyi ilə yığacaq.
Sosial şəbəkədən bildiriblər ki, bölmənin yaradılması üçün şirkət jurnalistlərlə və nəşriyyatçılarla danışıb. Səhifədə aşağıdakılar olacaq:
1 . Jurnalistlər qrupunun topladığı günün xəbərləri
2 . Müxtəlif mövzulu bölmələr: biznes, sağlamlıq, elm və texnika, əyləncə və idman.
3 . Abunəliklər – KİV-dəki ödənişli abunəliklərini sosial şəbəkədəki hesabla əlaqələndirən istifadəçilər üçün bölmə
4 . İstifadəçinin dərc etdiyi və oxuduğu materiallara əsaslanan şəxsi xəbərlər lenti
İstifadəçilər görmək istəmədikləri materialları, mövzuları və nəşriyyatı gizlədə biləcəklər. “Facebook” istifadəçilərin bir hissəsi üçün xəbərlər bölməsini sınaqdan keçirir.
Qeyd edək ki, “Facebook”-un bu planı barədə 2019-cu ilin yazında Mark Zuckerberg xəbər verib. KİV-in məlumatına əsasən sosial şəbəkə paylaşımlara görə nəşriyyatlara ildə bir neçə yüz min dollardan 3 mln. dollara kimi ödəniş edəcək.