“Facebook” 1 milyon avro məbləğində cərimə edilib

Date:

Paylaş:

İtaliyanın fərdi məlumatların mühafizəsinə dair təşkilatı dünyaca məşhur sosial şəbəkəni “Cambridge Analytica” şirkəti ətrafında yaşanan qalmaqal ilə bağlı qayda pozuntusuna görə 1 milyon avro məbləğində cərimə edib.

Britaniya şirkəti təxminən 87 milyon “Facebook” istifadəçisinin razılığı olmadan onların şəxsi məlumatlarını toplayıb və fərdi siyasi reklam üçün istifadə edib. Məlumatların ötürülməsinin 2016-ci ildə Brexit üzrə keçirilən referendumda və həmin ildə Donald Trampın qələbəsi ilə yekunlaşan ABŞ-dakı prezident seçkilərində seçicilərin əhval-ruhiyyəsinə təsir etməsi ehtimal olunur.

Təhlükəsizlik təşkilatının məlumatına əsasən, cərimə 57 nəfər italyanın “Facebook” loqini vasitəsilə “ThisIsYourDigitalLife” tətbiqini yükləməsi ilə bağlıdır. Belə ki, bu tətbiq “Cambridge Analytica” şirkəti tərəfindən məlumatların toplanması üçün istifadə edilib.

Yükləmələrdən sonra tətbiqi yükləməyən və razılığını verməyən və ya məlumatlandırılmayan daha 214,077 italyan istifadəçi barədə də məlumat əldə olunub. Lakin bu məlumatların faktiki olaraq “Cambridge Analytica” şirkətinə ötürülmədiyi bildirilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...