Əsas səhifə Biznes sahələri Texnologiya FaceApp-ı kölgədə qoya biləcək alqoritm hazırlanıb

FaceApp-ı kölgədə qoya biləcək alqoritm hazırlanıb

173
Paylaş

MIT-IBM Watson-un süni zəka laboratoriyasından olan Mauro Martino və Milanın politexnik institutundan olan Luka Stornayolo şəkilləri İntibah dövrü portretlərinə çevirən Al Portraits neyroşəbəkəsini öyrəniblər.

Alqoritm 45 min şəkil üzərində sınaqdan keçirilib. Onların arasında İntibah dövrünün məşhur ustalarının əl işləri də olub.

Neyroşəbəkə portret üçün şəkili sıfırdan düzəldir. Proqramçılar əminliklə bildirirlər ki, istifadəçilərin bütün şəkilləri dərhal silinir və serverlərdə qorunmur.

Al Portraits-dən istifadə etmək üçün sayta daxil olmaq, Click me düyməsini sıxmaq və şəkili yükləmək lazımdır. Bundan sonra şəklin portretə çevrilməsini gözləmək və sonra da onu yadda saxlamaq lazım gəlir.