Kosmetika kompaniyası “Faberlic” loqotipini yeniləyib.
Bu haqda şirkətin rəsmi saytında məlumat verilib.
O bütün malların brendinqi üçün kataloqun, internet-mağazanın, sifariş verilməsinin bəndlərinin rəsmiləşdirilməsində və s. istifadə olunacaq. Axırıncı dəfə firma yenilənməni, şirkətin də xatırlatdığı kimi 2009-cu ildə həyata keçirib. O vaxtdan şirkət satışların həcmini, istehsal və çeşidlərin sayını genişləndirib. Yeni firma üslubu brendin komandası tərəfindən hazırlanıb.
Andrey Burmatikov, fashion-direktor “Faberlic”:
“Biz müasir, arxayın, şirkətin ambisiyasına cavab verən yeni loqotip yaratdıq. Bu uğurun, yeni üfüqlərin manifestidir”.
Dmitriy Kosenko, art-direktor “Faberlic”:
“Yeni loqotipin yaradılması zamanı biz kiçik hərflərdən böyük hərflərə keçid etdik. Yeni firma üslubu dizaynda minimalizmin trendini nəzərə alınaraq hazırlanıb. Lazımsız elementlərdən imtina edilib. Bu isə loqotipə daha çox sahə, dinamizm, istək qazandırır. Qırmızı rəng-rənglərin lideridir. Amma biz bu rəngi seçən zaman çalışdıq ki, qırmızının elə tonundan istifadə edək ki, bu aqressiv olmasın və qadına məxsus çalarları özündə ehtiva etsin”.