Fərhad Əhmədov lüks gəmisi ilə Türkiyədə

Date:

Paylaş:

62 yaşlı Azərbaycan əsilli milyarder Fərhad Əhmədov lüks gəmisi ilə Bodrumun Yalıkavak məhəlləsindəki Küdür yarımadasında lövbər salıb.

Dünyanın ən zəngin iş adamları arasında yer alan qaz istehsal edən şirkətlərdən “Northgas”ın sahibi milyarder Fərhad Əhmədov həyat yoldaşı Tatyana Əhmədova, 3 övladı və yaxınları ilə birlikdə 115 metrlik lüks “Luna” gəmisi ilə dünən Bodruma gəlib. Azərbaycan əsilli milyarder Yunanıstanın Korfu, Mikonos, Tilos, Leros adalarını gəzdikdən sonra ailəsi ilə birlikdə Bodrumda dayanıb. Nəhəng gəmini görmək istəyənlər əraziyə axın etməyə başlayıb. “Luna” gəmisinin üzərində bolluca günəş şüası qəbul edən Əhmədov mükəmməl şəkildə istirahət etməyi bacarıb.

Lakin Bodrum sahillərində lövbər salan gəminin ətrafında 6 istiqamətdə qayıqlarla təhlükəsizlik tədbirləri alınıb.

Azərbaycanlı iş adamının balıqçılardan 150 kiloqrama yaxın squid, sprut və bölgədə üzən balıq növlərindən aldığı məlum olub. Əhmədovun nəhəng gəmini bu ilin əvvəllərində İngiltərə futbol komandası “Chelsea”nin sahibi rusiyalı milyarder Roman Abramoviçdən aldığı bildirilir.

Üzmək üçün hovuzu, helikopter üçün meydançası, mini dənizaltısı, 6 ədəd sürətli qayığı, gülləkeçirməz şüşələri və hər növ raket atəşlərinə qarşı güclü müdafiə sistemi olan polad gövdəli “Luna” gəmisi saatda 30 km-lə hərəkət edə bilir.

Bundan başqa lüks gəmidə 30 nəfər xidmətçi, 20 nəfər qoruma olmaqla 50 nəfər xidmət göstərir.

Əldə edilən məlumatlara görə, Fərhad Əhmədov ailəsi ilə birlikdə hələ 10 gün Bodrumda istirahət edəcəklər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...