“PAŞA Sığorta” ASC namizədləri Fərdi və bank sığortası üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləmək;
• Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmətin həyata keçirmək;
• Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət etmək, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı müvafiq şöbələrə vaxtı-vaxtında təqdim etmək;
• Sığorta obyektlərinə baxışı həyata keçirmək;
• Fərdi və bank müştərilərinə xidmət edərək, müştəri tələbatına uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazmaq;
• Hər bir fərdi müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğlərini və müvafiq müştərilərlə əlaqəli digər komunikasiyaları özündə əks etdirən ayrıca faylların yaratmaq və onlara nəzarət etmək;
• Hesab fakturalar hazırlamaq;
• Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işləri həyata keçirmək.
Bilik və bacarıqlar:
• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;
• Azərbaycan və rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
• Müştəri xidmətlər sahəsində minimum 1 il iş təcrübəsi, sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.
• Ünsiyyətçilik;
• Dəqiqlik;
• Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı.
Son müraciət tarixi: 25 iyun, 2018-ci il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.