Fərdi sahibkarlıqda qadınların daha aktiv olduğu bölgələr

Date:

Paylaş:

Azərbaycanda 100 nəfər üzrə ən çox qadın fərdi sahibkar Gəncə-Qazax iqtisadi rayonuna düşür.

Bizplus.az xəbər verir ki, fərdi sahibkar qadınların 33,1%-i Bakıda, 17,1%-i Aran, 15,9%-i Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçmişdir.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,5%), Gəncə-Qazax (25,6%) və Lənkəran (22,3%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Başqa bir formada hesablasaq hər 100 nəfər üzrə 28-i qadın sahibkardır. Gəncə-Qazaxda hər 100 fərdi sahibkardan 34-ü qadın sahibkardır. Dağlıq-Şirvan iqtisadi rayonda isə hər 100 fərdi sahibkardan 19-u qadındır.

İqtisadi rayonlar Kişi Qadın Hər 100 nəfərdən… (qadın)
CƏMİ          716,316         198,305 28
Gəncə-Qazax iqtisadi rayonu            91,480           31,559 34
Bakı          213,655           65,654 31
Lənkəran iqtisadi rayonu            67,814           19,468 29
Şəki-Zaqatala iqtisadi rayonu            43,027           11,687 27
Naxçıvan Muxtar Respublikası            23,104             6,171 27
Kəlbəcər-Laçın iqtisadi rayonu              2,090                 545 26
Abşeron iqtisadi rayonu            39,847           10,314 26
Quba-Xaçmaz iqtisadi rayonu            41,989           10,817 26
Aran iqtisadi rayonu          152,365           33,973 22
Yuxarı Qarabağ iqtisadi rayonu            17,822             3,739 21
Dağlıq Şirvan iqtisadi rayonu            23,123             4,378 19

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...