Əsas səhifə Xəbərlər Fərhad Əhmədova məxsus Azərbaycandakı şirkətlər yenidən təşkil olunacaq

Fərhad Əhmədova məxsus Azərbaycandakı şirkətlər yenidən təşkil olunacaq

182

6 iyul 2018-ci il Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Bu barədə biznes saytı Bizplus.az məlumat yayıb.

Məlumata görə, Yığıncaqda əsasən “AzNar”-ın 2017-ci ilin nəticələrinə görə dividendlərin elan edilməsi və verilməsi, eləcə də, nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi kimi məsəllər daxil edilib. Müzakirədə, Cəmiyyətin yenidən təşkil edilməsi, yenidən təşkil edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi də iclasda müzakirə ediləcək.

Cəmiyyətin digər gündəliyə daxil etdiyi vacib məsələ isə Teymur Əhmədov adına “AzNar” QSC-nin təsisçiliyi ilə yaradılmış “Kənd” MMC-nin və “Aznaraqro” MMC-nin yenidən təşkil edilməsi.

İclas saat 11.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında keçiriləcəkdir. Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 (on beş) gün qalmış gündəliyə daxil edilən bütün məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında tanış ola bilərlər. Növbədənkənar ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyət vəsiqəsini, səhmdarların nümayəndələri isə şəxsiyyət vəsiqəsi və etibarnamə təqdim etməlidirlər.

Xatırladaq ki, Teymur Əhmədov adına “AzNar” QSC Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədova məxsusdur. O, bu QSC-ni öz atası Teymur Əhmədovun adına yaradıb. Forbes Jurnalının məlumatına görə hazırda onun sərvətinin ümümi dəyəri 1,3 mlrd. ABŞ dollarıdır.