Sabiq nazirə məxsus 7 şirkət ləğv olunub

Date:

Paylaş:

“AB Standard” QSC-yə daxil olan, eləcə də bu holdinqlə əlaqəli 7 şirkət ləğv olunduğunu elan edib.

Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə  xəbər verir.

Söhbət “AB Trading”, “AB Travel”, “AB Skybell”, “Masalt”, “Avto Şop”, “Standard Futbol Klubu” MMC-lərdən, eləcə də “AB Service” firmasından gedir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 25, mənzil 54 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “AB Standard” şirkətlər qrupu 2002-ci ildə yaradılıb. Bu holdinqə ləğv prosesində olan “Bank Standard” QSC, fəaliyyətdə olan “Standard Insurance” Sığorta Şirkəti ASC, “Standard Lizinq” MMC, qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurmuş “Standard Kapital” MMC daxildir. Şirkətlər qrupunun sahibi sabiq iqtisadi inkişaf naziri Heydər Babayev və onun ailə üzvləridir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...