Əsas səhifə Biznes ExxonMobil 2017-ci ilin ilk rübündə 4 milyard dollar xalis mənfəət əldə edib

ExxonMobil 2017-ci ilin ilk rübündə 4 milyard dollar xalis mənfəət əldə edib

796
Paylaş

ABŞ-ın qabaqcıl enerji şirkətlərindən olan “ExxonMobil”in bu ilin ilk rübündəki xalis mənfəəti 2016-cı ilin eyni dövründəki göstərici – 1,8 milyard dollar ilə müqayisədə 22 faiz artaraq 4 milyard dollar təşkil edib.

“ExxonMobil”in cari ilin birinci rübündəki gəliri isə keçən ilin eyni dövrünə nisbətdə 30 faiz artaraq 63,3 milyard dollar olub. Şirkətin 2016-cı ilin ilk rübündəki gəliri 48,7 milyard dollar idi.

Şirkətin yanvar-mart aylarında kapital və kəşfiyyat xərcləri 18 faiz azalaraq 4,2 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 5,1 milyard dollar olmuşdu.

© Azərtac