Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Exxon” ABŞ-da neft-kimya kompleksinin genişləndirilməsinə $2 mlrd. yatıracaq

“Exxon” ABŞ-da neft-kimya kompleksinin genişləndirilməsinə $2 mlrd. yatıracaq

148
Paylaş

“ExxonMobil” Amerikanın Texas ştatında yerləşən neft-kimya kompleksinin genişləndirilməsinə 2 milyard dollar yatıracaq, bu barədə şirkət məlumat verib.

“Exxon” 2022-ci ilə qədər yeni polimer istehsalı zavodunu inşa etməyi planlayır. Zavod ildə 400 tona qədər polimer istehsal edəcək.

Şirkətin rəhbəri Darren Woods qeyd edir ki, layihənin genişləndirilməsi “Exxon” a ABŞ-ın Perm hovuzunda karbohidrogen istehsalından əldə etdiyi gəliri maksimuma çatdırmaq imkanını verəcək.

“ExxonMobil” zavodu ABŞ-ın ən böyük neft-kimya kompleksidir. Texnologiya baxımından dünya üzrə ilk sıralarda durur.