Expert: “Hər bir kəs ideyalarını maliyyələşdirərək şirkət yarada bilər”

Date:

Paylaş:

Azərbaycan innovasiya ekosistemi sahəsində dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilə bilər və əsas məqsədimiz bu sahəni inkişaf etməsidir.

Bunu bu gün Bakıda keçirilən “Monex Caspian Summit”də çıxışı zaman strateji idarəetmə üzrə ekspert Samir Qurbanov bildirib.

“Hər bir kəs ideyalarını maliyyələşdirərək şirkət yarada və dünyanın ən məşhur şirkətlərinə çevrilmək şansı əldə edə bilər”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan dünyada neft-qaz ölkəsi olaraq tanınır: “Neft-qaz sahəsində ölkənin böyük uğurları var. Amma innovasiya ekosistemində atdığımız addımlar yenidir. Hər birimiz çalışırıq ki, ölkənin ekosisteminə töhfəmizi verək. Ekosistemlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır. Qanunvericilik beynəlxalq standartlara və müəyyən edilmiş normalara uyğun yazılmalıdır. Əgər qanunvericilikdə müəyyən məqamlar öz əksini tapsa, hüquqi cəhətdən bir sıra məsələlərə nail olmuş olarıq”.

Ekspertin fikrincə: “ABŞ-da borc alətləri mövcuddur ki, onların vasitəsilə startapı maliyyələşdirmək olur. İnvestorlar borc alətlərini maliyyələşdirməklə səhm əldə etmiş olur. Bununla da investorun hüquqları qorunmuş olur. İnvestorun digər investisiya mərhələsində hüquqları tapdalanmır. Səhmləri qalır, startap isə səhmdar funksiyasını qoruyub saxlayır. Bizdə olan bank məhsulları yalnız kreditləşmə kimi xidmətlərdən ibarətdir. Dünyada daha mürəkkəb məhsullar var, bunu isə “Fintex” startapları təqdim edir. Ona görə qanunvericilikdə müəyyən dəyişiklik olmalıdır ki, “Fintex” startapları meydana gəlsin. Həmçinin, bir fiziki şəxsin digər fiziki şəxsə borc verməsi kimi startaplar ola bilər”.

S.Qurbanov əlavə edib ki, startaplar maliyyə sektorunun, kənd təsərrüfatının, turizmin inkişafına böyük dəstək verə bilər: “Bizim startaplar qlobal olmalıdır”.

Ölkədəki startapçılara dəstək yeni yaradılacaq “Venture” Fondu da ola bilər.

Qeyd edək ki, dünən “Monex Caspian Summit”in ilk günündə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Səudiyyə Ərəbistanının “DAAL Venture Capital” arasında anlaşma memorandumu imzalanıb. Onun əhəmiyyətindən danışaraq S.Qurbanov bildirib ki: “Memorandum çərçivəsində Azərbaycanda yerli startapların maliyyələşdirilməsi üçün vençur fondu yaradılacaq. Fondun yaradılması istiqamətində ölkədə ilkin addım atılır. Düşünürəm ki, DAAL Fondunun Azərbaycana gəlməsi digər xarici fondların ölkəyə marağını artırar və sonda dövlətlə əməkdaşlıqlar qurula bilər”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...