Exeed markası Şanxay avtosalonunda E-IUV konseptini təqdim edib

Date:

Paylaş:

Chery şirkətinə məxsus olan və avropa bazarına ünvanlanmış Exeed markası Şanxay avtosalonunda E-IUV konseptini təqdim edib. Yeni konsept istehsalçı tərəfindən “brendin əsas dəyərlərinin” nümayiş meydançası kimi səciyyələndirlib.

Exeed E-IUV müəyyən dərəcədə görünən şüşə səthi və iti bucaqları bürünc rəngə boyanmış nəqliyyat vasitəsidir. Konseptin ümumi dizayn üslubu Peugeot dizayn mərkəzinin işlərini xatırladır. Bunlara misal olaraq Onyx və Instinct prototiplərini göstərmək mümkündür. Exeed prototipi assimetrik qapılarla və yeni naməlum materialdan hazırlanmış yan şüşələnməyə sahibdir.

Konsept holoqrafik proyeksiyanın əsasında hazırlanmış sensorlu idarəetmə sistemi, 180 dərəcə dönən ön sərnişinin kreslosu və pnevmatik asqı ilə təchiz edilib. İstehsalçı konseptin salonunda “orijinal təbiət elementlərinin” mövcud olduğunu bildrisə də, bunun nədən ibarət olduğunu bildirməyib. İnteryerin tərtibatında müasir materaillardan istifadə olunub. Çox güman ki, söhbət texniki parçalardan gedir.

Exeed markasının ilk seriya modeli TX krossoveri olub. Krossoverin inşa edildiyi M3X platforması Dana, BorgWarner, Getrag və Valeo firmalarının iştirakı ilə hazırlanıb. Exeed TX 197 at qüvvəli 1,6-litrlik T-GDI turbomühərriki və yeddi pilləli iki muftalı “robot” ilə təchiz edilir. Krossoverin hibrid versiyasının işıq üzü görəcəyi də ehtimallar arasındadı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...