Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Evlərini turistlərə kirayə verən sahibkarlara köməklik göstəriləcək

Evlərini turistlərə kirayə verən sahibkarlara köməklik göstəriləcək

93
Paylaş

İyulun 29-da Dövlət Turizm Agentliyi kənd yerlərində evlərini turistlərə kirayə verən sahibkarlarla görüş keçirib. Görüşə 30-dək kənd qonaq evi sahibinin qatılıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşlərdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu növ platformaların milli şəbəkələşmə işində mühüm rol oynayacağını qeyd edib.

O söyləyib ki, diskussiya xarakterli görüşün əsas məqsədi kənd evi sahiblərinin təklif və problemlərini dinləmək, bu sahədə mövcud boşluqları müəyyən etmək və aradan qaldırılması istiqamətində dəstək göstərməkdir.

“İnfrastruktur”, “Xidmətlərin səviyyəsi”, “Qonaq evlərinin hüquqi və marketinq qiymətləndirilməsi” kimi mövzularda aparılan müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və verilən təkliflər dinlənilib.

Müzakirələr zamanı ortaya çıxan problemlərin həllinə nail olmaq məqsədilə iştirakçılara köməklik göstəriləcəyi bildirilib.