Əsas səhifə Biznes Evdə işləyən turagent olmaq üçün nə etməli?

Evdə işləyən turagent olmaq üçün nə etməli?

98

Biznesin ən cəlb edici növlərindən biri də Turizm sahəsi hesab olunur. Çünki bu sahəyə minimum investisiya etməklə işə başlamaq olar. Bu işə başlamaq üçün hər hansı xüsusi təcrübənin və ya ofisin olmasına ehtiyac yoxdur. Freelancer kimi də hazır tur paketləri satmaqla işə başlamaq olar.

Ev şəraitində sıfırdan turagentliyə necə başlamaq lazım olduğunu öyrənmək üçünilk növbədə bu sahənin spesifikasını anlamaq , daha sonra doğru-dürüst turoperatorla iş birliyi qurmaq lazımdır. Həmçinin özünə məxsus effektiv iş üslubu qurmaq lazımdır.

Turistik agent kimdir və o nə qədər qazanır?

Turizm üzrə agent –turların satışı ilə məşğul olan menecerdi. O şirkət operatoru tərəfindən hazırlanmış turu müştəriyə təqdim edir. Tura otelin bronlanması , ekskursiya proqramları və xidmətləri daxildir. Freelancer kimi fəaliyyət göstərən tur agent bütün bu işləri ofisi və işçisi olmadan da həyata keçirə bilər. Belə ki, bu işlərin öhdəsindən online də gəlmək olar.

Tur agentin mükafatı iəs satışının komissiyasından əldə olunur. Bu pulu tur agentə cəlb edilmiş hər müştəriyə görə operator ödəyir. Məbləğ satılan məhsulun 1%-dan 10% dək dəyərində ola bilər.

Bunun nəticəsində gəliriniz bağlanmış müqavilənin sayından asılı olacaq. İlkin başlayanlar ilkin mərhələdə yüksək gəlir gözləməsinlər. Hər ay stabil gəlir əldə etmək üçün müştəri bazası yaratmaq gərəkəcək. Bunun üçün isə bir ay bəzən isə bir qədər də çox vaxt tələb oluna bilər. Ev şəraitində çalışan tur agentin orta aylıq gəliri ay ərzində 500-1500 manat arasında dəyişir.

Ev şəraitində sıfırdan tur agent necə ola bilərəm?

Bu sahədə işləmək üçün sizə ali təhsil barədə diplom lazım olmayacaq. Amma bu o da demək deyil ki, sizə işləmək üçün biliklər lazım olmayacaq. Bu iş üçün siz turların təsnifatı və terminalogiyasını öyrənməlisiz. Müştərilərlə danışıq metadologiyası və coğrafi biliklər lazımınız olacaq. Ev şəraitində çalışan tur agent sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olmur. Misal olaraq viza və digər bu kimi sənədlər

Amma müştərilərinizn işlərini daim nəzarətdə saxlaya bilmək üçün sərhədi keçmək üçün lazım olan sənədlər haqqında məlumatlı olmaq lazımdır. Həmçinin sərhəddən nə qədər hansı məhsuldan və ya hansı tibbi ləvazimatdaı keçirmək olar kimi məsələlər də gözü açıq olun. Çünki gərəyiniz olacaq

Fəaliyyət istiqaməti və hədəfdə olan auditoriya seçilməlidir

Turagent olmamışdan öncə satdığınız tur məhsullarını müəyyən etməlisiz. Bu sizin gələcək seçməli olduğunuz auditoriyanı təyin etməkdə yardımçı olacaq.

Müasir turizm biznesi böyük kəmiyyətdə turlar təklif edir

Daxili: Ölkə daxili səyahət. Bu tip fəaliyyət yeni başlayanlar üçün daha məqsədə uyğun hesab olunur. Bu fəaliyyət xarici dil bilikləri tələb etmir. Bu fəaliyyət tipinin çatışmayan cəhəti elədə çox gəlirli olmaması həmçinin az tələbatın olmasıdır. Belə turlara əsasən yaşlı və ailələr müraciət edir ki, hansı ki gəlirləri azdır,

Çıxış: Başqa ölkələrə səyahət. Bu tip turizm auditoriyası geniş olmaqla yanaşı həm də bu turlara tələb də böyükdür.

Giriş: Xarici turistlərin ölkəyə gətirilməsi üçün xarici dil biliyiniz tələb olunacaq.

Bütün bu sadalananlarla yanaşı turlar təşkil olunmaqlarına görə də tiplərə bölünürlər

Stasionar: Bu tip turlar daim bir ölkəyə və ya bir şəhərə olur ki, bu zaman qonaqlama da həmişə eyni oteldə baş verir. Bu turlar dəniz kənarı, dağ-xizək, meşə sanatoriyalarına təşkil olunurlar. Bu tuirların alıcıları isə uşaqlı ailələr, gənc cütlüklər və yuxarı yaş insanlardır.

Mobil turlar: Bu tip turlara bir neçə ölkələr və şəhərlər daxil olur. Belə turlara gəmi, avtobus səyahətləri və kempinq daxildir. Bu tip turlardan daha çox gənclər və tələbələr yararlanırlar.

Turların alınmasına müştəriləri necə cəlb etmək olar?

Əksər turizm agentləri işə, yaxınları, dostları və qohumlarına turlar satmaqla başlayırlar. Əgər onlar sizdən razı qalacaqlarsa yenidən sizə müraciət edəcək və öz tanışlarına da sizi tövsiyyə edəcəklər.

Lakin yaxşı qazanc üçün bu cür satışlar azlıq edəcək. Ona görə satışları artırmaq üçün aşağıdakı qaydalarla tanış olmaq lazımdır.

Şəxsi saytınız olmalı və kontent reklamlarınız olmalıdır. Saytın yaradılmnasına təxmini hesablamalara görə 100-1500 manat xərciniz çıxacaq.

Səyahət hekayələri haqqında video-bloqlar olmalıdır. Effektiv reklam vasitəsi kimi, təşkil etdiyiniz turistik səfərlər haqqında olan video çarxlar hesab olunur. Əgər bunu etmək sizin üçün çətindirsə o zaman tur operatorunuzun hazırladığı videolardan da istifadə edə bilərsiz.

Xidmətlərinizi sosial şəbəkələrdə paylaşın

Turistik lendinq: Konkret növə aid turları xüsusi spesifik saytlarda reklam edin. Bu tip reklamlarda siz müştəri üçün tur yığmayacaqsız əksinə tur üçün müştəri toplayacaqsız.

Yaxşı turagent necə olmaq olar?

Müştərinin oteli bron etməsi üçün siz onu inandırmalısız ki, bu seçim düzgündür. Bunu isə özünə inamlı və hazırlıqlı turagent edə bilər.

Bunun üçün sizə müştəriyə ərtraflı təqdimat hazırlamaq və onun gedəcəyi məkan haqqında ətraflı məlumat vermək lazımdır. Bu isə o deməkdir ki, səfər olunacaq məkanın gəzməli və görməli yerləri ilə yanaşı tarixi və siyasi vəziyyəti barədə də ətraflı məlumatlı olmaq lazımdır. Bu məlumatları əldə etməklə yanaşı onların düzgünlüyünü dədəqiqləşdirmək mütləqdir.

Heç vaxt unutmayın ki, siz yalnız tur satmırsız həm də yaşam tərzi təqdim edirsiz. Bunun üçün də turagent psixoloq da olmalıdır ki, bilsin ki onun müştərisinə nə lazımdır.

Hər nüansı nəzərə alın. Müştəri ilə ünsiyyət zamanı yazılı qeydlər edin ki sonradan yadınızdan heçnə çıxmasın

Satışın müxtəlif metodikalarını tətbiq edin. Müştəri ilə telefon, yazışma və görüş ünsiyyətləri barədə ssenarilər qurun.

Satışdan sonra da müştəri ilə daim kontaktda olun. Ünsiyyətçil olun. Müştərinizdən səfərdən sonra təəssüratlarını öyrəinin. Onlar haqqında məlumatları daim yadda saxlayın ki, ünsiyyət quranda bu məlumatlar sizə yardımçı olsun. Müştəri ilə tanışınız yaxınınız kimi rəftar edin. Bununla da o sizi heç kim ilə əvəz etmək istəməyəcək.

Yeni istiqamətlər barədə maraqlanın. Peşəkarcasına inkişaf edin. İlk gəlirinizi treyninq və ya seminara xərcləyin. Bununla da siz peşəkar səviyyəsinə çatmış olacaqsız.

Ünvanınıza səslənəcək etirazlardan və maliyyə itkilərindən uzaq olmaq üçün aşağıdakı qaydalara əməl edin.

Heç vaxt təyyarənin və ya avtobusun uçuşunu dəqiq vaxtını demək olmaz. Çünki sizdən asılı olmayan səbəblərdən gecikən təyyarə və avtobus sonradan şəxsən sizin ünvanınıza olan narazılığa səbəb ola bilər.

Əgər ödənişsiz xidmət təqdim edəcəyinizdən əmin deyilsizsə heç vaxt bu barədə deməyin. Əgər tur zamanı ödənişsiz xidmətlər olacaqsa daha yaxşı bu sizə üstünlük verəcək. Amma öncədən bu barədə əmin deyilsizsə bir söz belə deməyin.

Müqaviləni tam şəkildə hazırlayın. Turizm məhsulu tam təqdim olunsun, reallaşdırılması, ödəniş qaydaları, xarici valyutada və milli valyuta dəyəri və s

Heçvaxt turu müştəri tərəfindən ilkin ödəniş olmadan bronlamayın. Əgər bron üçün qeydiyyatdan keçsəz müştəri isə sonradan imtina etsə o zaman operatora cərimə ödəməli olacqsız.

Ev şəraitində sıfırdan necə turagent olmağı bildikdən sonra, siz bu bilikləri praktikada tətbiq etməklə karyera qurmaq və stabil gəlir əldə etmək imkanı qazanmış olacaqsz. Bu tip fəaliyyət tələbələr üçün əlavə qazancla yanaşı dekret öncəsi xanımların da işinə yaraya bilər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here