“Ev şəraitində böyük həcmdə məhsul istehsal edə bilmirdik…”

1
1047

Şahin Qurbanov Balakən rayonunun Sarıbulaq kəndindən olan “ABAD”çıdır. Qurbanovlar ailəsi uzun illərdir ki, ev şəraitində cem və mürəbbə istehsal edir.

Ailəsinin təsərrüfat imkanlarını genişləndirmək, böyük bazara çıxış əldə etmək istəyi Şahin Qurbanovu “ABAD”a gətirib:

“Ev şəraitində böyük həcmdə məhsul istehsal edə bilmirdik, çətinliklərimiz çox idi. Dəstək üçün “ABAD”a müraciət etdim, zəruri avadanlıqların alınmasında mənə köməklik göstərildi. İndi daha çox çeşiddə, daha böyük həcmdə cem və mürəbbə bişirə biləcəyik”.

Qurbanovlar ailəsi əsasən qoz, çiyələk, armud, alma kimi meyvələrdən cem və mürəbbə hazırlamaq niyyətindədir.

“Bu məqsədlə təkcə öz bağımız deyil, kəndimizdə digər həyətlərdən də toplanan meyvələrdən istifadə edəcəyik. Mürəbbələri ailə üzvlərimiz bişirəcək, bu işə illərin təcrübəsinə yiyələnmiş anam başçılıq edəcək”.

Şahin Qurbanovun sözlərinə görə, “ABAD” ilə əməkdaşlıq edib, xarici bazarlara çıxış qazanmaq istəyir:

“Ailəmizin qazancı və gəlirlərinin artması, məhsullarımızın ölkədə tanınması başlıca məqsədlərimizdəndir”.

1 COMMENT