Azərbaycanda fəaliyyət göstərən “European Tabacco Baku” ASC-nin səhmlərində kəskin ucuzlaşma qeydə alınıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, ötən günə qədər alış və satışı 40 manat təşkil etdiyi halda bu gündən, kəskin enişlə alışı 12 manat satışı isə 13 manata düşüb.
Xatırladaq ki, “European Tabacco Baku” 1999-cu ildən Azərbaycanda fəaliyət göstərir. Bloomberg-ə istinadən, şirkətin səhmdarları hazırda “PSG Capital” İnvestisya Şirkəti, “AKO-YM” Ltd,”Azərbaycan Xəzər Dənizçiliyi” QSC, “Azeri Retail” MMC və “Gəncə Bank” ASC-dir.