Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri “ESET”antivirus şirkətinin Azərbaycanda satış payı çoxalıb

“ESET”antivirus şirkətinin Azərbaycanda satış payı çoxalıb

124
Paylaş

Ötən il ərzində ESET beynəlxalq antivirus şirkəti Azərbaycanda satışlarının həcmini əvvəlki ilə nisbətən 28% artırıb. Bunu  ESET şirkətinin MDB-də tərəfdaşlarla iş üzrə meneceri Anton Molçanov deyib.

Onun sözlərinə görə, ölkə üzrə ötən ilin ən böyük sifarişi “Veysəloğlu” şirkətlər qrupu tərəfindən olub ki, bu müəssisəyə 3 min lisenziya tədarük edilib.

“Azərbaycanda biz, həmçinin, SOCAR-ın bəzi bölmələrinə xidmət göstəririk. Bundan başqa, məhsullarımız Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən də istifadə olunur. Bu quruma 200 lisenziya verilib. Bizim ölkə üzrə cari ilə olan planlarımıza satışların həcmini artırmaqla yanaşı, yeni xidmətin təklif edilməsi də daxildir. Söhbət istifadəçilərə antivirus lisenziyaların aylıq aktivləşdirilməsi imkanının yaradılmasından gedir ki, bu da bir çox şirkətə öz büdcəsinə uyğun planlama aparmağa imkan yaradacaq”, – deyə A. Molçanov bildirib.