“Epson” şirkəti dünyada ən yığcam printer təqdim edib

Date:

Paylaş:

1,5 kq ağırlığında olan yeni “Epson WF-110” printeri yol çantası və ya portfelə asanlıqla yerləşir. Printer həm USB, həm də şəbəkə vasitəsilə enerji toplaya bilən litium-ion batareyası ilə təchiz edilib. Qurğuya əlavə kənar batareya qoşmaqla onun işləmə müddətini artırmaq olar, bu halda printerin çəkisi artaraq 2,04 kq olacaq.

Bu printer USB-kabeldən başqa “Wi-Fi” və “Wi-Fi Direct” protokollarından istifadə edə bilər, buna görə “WF-100” cihazı asanlıqla smartfon və planşetlərə qoşulur. Bundan başqa, “Alexa”, “Google Assistant” və ya “Siri” səsli köməkçilərinin köməyi ilə sözügedən printeri idarə etmək mümkündür. Printer 1,4 düymlük rəngli maye kristal ekran və kiçik idarəetmə paneli ilə təchiz edilib.

“Epson WF-100” printeri ağ-qara şəkillər üçün sənədləri və 10×15 sm ölçüsündə şəkilləri dəqiqədə 6,7 səhifə sürəti ilə, rənglilər üçün isə dəqiqədə 3,8 səhifə sürəti ilə çap edir. Yeni kiçik ölçülü printerin qiyməti 300 dollardır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...